Xocalı soyqırımı
25.02.2016-cı il tarixində T.Məmmədov adına 239№ li tam orta məktəbdə Xocalı soyqırımının 24-cü il dönümünə həsr olunmuş, bəşər tarixində XX əsrin ən müdhiş faciələrindən biri olan - Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir.Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq Xocalı soyqırımının insanlığa yönəldilən misli görülməmiş bir faciə olduğunu söyləmişdir.Xocalı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.Çıxışına davam edən məktəb rəhbəri Xocalı faciəsi haqqında məlumat vermiş və Leyla Əliyevanın təşəbbüsü ilə yaranan “XOCALIYA ƏDALƏT” kampaniyasının uğur dolu fəaliyyətindən geniş söhbət açmışdır.Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə səhnələşdirilən “Bir Xocalı ailəsində” adlı kompozisiya qeyri adi olduğu qədər də təsirli olmuşdur. Göz yaşlarını saxlaya bilməyən tədbir iştirakçıları tədbirin təşkilatçılarına öz təəssuratlarını çatdırmışlar. Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, Xocalı soyqırımına həsr olunmuş foto slaydlar və video faktlar nümayiş etdirilmişdir.Tədbir AzTV də işıqlandırılmışdır.