Ölkəmizdə gedən quruculuq işləri

Mart ayının 28-də məktəbin 6 və 7-ci sinif şagirlərinin iştirakı ilə “Öləmizdə sosial-iqtisadi sahələr, o cümlədən Təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.
Məktəbin tarix müəllimi Rita Novruzova ölkədə sosial iqtisadi sahədə baş vermiş yeniliklər haqqında şagirdlərə məlumat vermişdir. Həmçinin, dövlətin təhsilə qayğısından söhbət açmış və Heydər Əliyevin təhsilə,məktəbə, müəllimə olan qayğısı ilə bağlı məlumatlar vermiş və video çarxlar və slaydlar nümayiş etdirilmişdir.