Ölkəmizi Tanıyaq
Bildiyimiz kimi, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
Hər il olduğu kimi, 2019 – cu ilin mart ayında təşkil edilmış tur-aksiyada məktəbin nümunəvi şagirdləri Səbail rayon məktəbliləri ilə birlikdə iştirak edərək öz məktəblərini təmsil etmişlər. Belə ki, məktəbin şagirdləri Nigar Civişova, Murad Məmmədzadə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan MR-da olmuş, eyni zamanda Culfa, Ordubad, Şahbuz rayonlarına da səyahət etmişlər. Şagirdlərimiz Xan Sarayı, “Mömünə Xatun” türbəsi, “Əlincə qalası”, Yusif Məmmədəliyevin ev muzeyi, Açıq Səma Altında Muzeylə və digər görməli yerlərlə tanış olmuşlar.
Şagirdlər eyni zamanda “Heydər Əliyev” Muzeyində də olmuşlar.Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədlərlə, fotoşəkillərlə və digər eksponatlarla tanış olmuşlar.
Şagirdlərimiz bu səyahət haqqında gözəl təəssüratlarını məktəbin müəllim və şagird kollektivi ilə bölüşmüşlər.