1 Mart- Ümumdünya Mülki Müdafiə Günü

Məktəbdə “1 Mart- Ümumdünya Mülki Müdafiə Günü” nə həsr edilmiş “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz ” mövzusunda tədbir keçirilmişdir. Tədbir məktəbin Mülki Müdafiə planına əsasən təbliğat xarakteri daşıyırdı.
Məktəb kollektivinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə, məktəbin direktoru, müəllim və şagirdləri iştirak etmişlər. Tədbirdə şagird və müəllimlərin iştirakı ilə xilas etmə işləri,yanğınsöndürmə, ilk tibbi yardımın göstərilməsi praktiki olaraq yerinə yetirilmişdir. Tədbirdə Mülki Müdafiə əmlakları, ədəbiyyatlar, plakatlar nümayiş etdirilmişdir.
II,V,VI siniflərdə “1 Mart –Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz ” mövzusunda “Açıq dərs” lər tədbir iştirakçılarına təqdim edilmişdir.