Xocalı Faciəsi

Məktəbdə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmiş, bədii kompozisiyalar, inşa yazıları və rəsm sərgiləri nümayiş etdirilmişdir. Keçirilən tədbirlərdə müharibə veteranları da iştirak etmişdir.
Bununla əlaqədar fevralın 26-da Azadlıq meydanından Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsinə doğru yürüşdə məktəbin kollektivi də fəal iştirak etmiş və Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.