Valideyinin məktəbdə bir günü
Fevral ayının 15-də məktəbdə Valideynin məktəbdə bir günü adlı layihənin həyata keçirilməsi məqsədi ilə tədbir təşkil edilmişdir. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq layihə ilə bağlı iştirakçılara geniş məlumat vermişdir.Tədbirdə Səbail Rayon İcra hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Abbasov, Səbail Rayon İcra hakimiyyətinin nümayəndəsi Orxan Aydınov, Təlimə Dəstək Mərkəzinin metodisti Xuraman Əliyeva və Badamdar bələdiyyəsinin nümayəndəsi Təzəxan Məmmədov da iştirak etmişlər.
Tədbirin açılışı məktəbdə fəaliyyət gösdərən “Heydər Əliyev və Tarixi Həqiqətlər lektoriyası”nda olmuş, tədbir iştirakçılarına məktəbin fəaliyyəti ilə bağlı slayd nümayiş etdirilmişdir.Sonra məktəbin səksənə yaxın valideyni məktəbin 21 sinfində təşkil olunmuş “Nümunə” dərslərində iştirak etmiş və dərslər müasir tələblərə, kurikulum tələblərinə uyğun təhlil edilmişdir.
Proqramın növbəti mərhələsi məktəbin “Akt” zalında keçirilmişdir. Təlimə Dəstək Mərkəzinin metodisti Xuraman Əliyeva tərəfindən “Məktəb – şagird - valideyn üçbucağı” mövzusunda seminar təşkil olunmuşdur.Sonda məktəbdə fəaliyyət gösdərən dərnək üzvlərinin iştirakı ilə qonaqlara bədii hissə təqdim olunmuşdur.
Bütün iştirakçıların böyük marağına səbəb olmuş tədbir Səbail Rayon İcra hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Abbasov tərəfindən də yüksək qiymətləndirilmişdir.