Qərbi Kaspi Universitetinin əməkdaşları ilə görüş

Fevral ayının 12-si məktəbimizdə Qərbi Kaspi Universitetinin əməkdaşları; İqtisadiyyat kafedrasının dosenti, fəlsəfə doktoru Gülnarə Hacıyeva və İqtisadiyyat kafedrasının fəlsəfə doktoru Rasim Abbasov tərəfindən şagirdlərdə imtahan öncəsi psixoloji gərginliyin minimuma endirilməsi, universitetdə təhsil aldıqları zaman qarşılaşacaqları problemlərin həlli yollarının və metodlarının təlqin edilməsi məqsədi ilə təlim keçirilmişdir. Həmçinin, şagirdlərin ixtisas seçimində düzgün istiqamətləndirilməsi ilə bağlı söhbətlər aparılmışdır.
Sonda şagirdlərə Qərbi Kaspi Universitetinin fəaliyyəti ilə bağlı əyani vəsaitlər paylanılmışdır.