Vətən sağ olsun

     Bildiyimiz kimi fevral ayının 7-si  Milli qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür.

    Bununla əlaqədar, məktəbin bir qrup şagirdi  müəllim heyəti ilə birlikdə qəhrəmanın məzarını ziyarət etmişlər. Məktəbin hərbi rəhbəri Nizaməddin Məsmalıyev bir daha şəhidin qəhrəmanlığı haqqında şagirdlərə geniş məlumat vermiş və bildirmişdir ki, Mübariz İbrahimov ömrünün ən gənc çağında, yəni 22 yaşında təkbaşına ağlasığmaz sayda düşmənin əsgər və zabitini qətlə yetirmişdir.

    İgid Vətən oğlumuz 19 iyun 2010-cu ildə qəhrəmancasına həlak olmuşdur. M.İbrahimov daim bu sözləri  təkrar edərdi: “Vətən sağ olsun!”

   Şəhidin məzarını ziyarət edən şagirdlərimiz onun məzarı üstündə vətənpərvərlik mövzusunda şeirlər söyləmişlər.

   Bütün bunlar şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi