Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. H.Əliyev.

19.02.2016-cı il tarixində Bakı şəhəri T.Məmmədov adına 239№-li tam orta məktəbdə ”Beynəlxalq Ana dili Günü” nə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirin təşkilatçısı, məktəbin gənc Azərbaycan dili və ədəbiyyat müəllimi Xədicə Həsənova idi. O tədbiri Ulu Öndər Heydər Əliyevin Ana dilimiz haqqında sözləri ilə açdı:- Dilimiz çox zəngin və əhəngdar dildir. Dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Çıxışına davam edərək Xədicə Həsənova “Beynəlxalq Ana Dili Günü” haqqında tarixi faktları qeyd etdi: - Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Gənc müəllim görkəmli Azərbaycan şair və yazıçılarının yaradıcılığına müraciət edərək , onların Ana dilimizlə bağlı yüksək fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı.O, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulu Türk, Tofiq Bayram, Rəsul Rza, Nizami Gəncəvinin Ana dililə bağlı şeirlərini səsləndirmiş, daha sonra dünya filosoflarınin Ana dili haqqında fikirlərini qeyd etmişdir.Tədbirdə insanlığa xidmət edən İslami dəyərlərdən də söhbət açılmışdır.Tədbirin gedişində Ana dilimizin inkişafı yolunda Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bağlı məlumatlar verilmişdir.Söz şagirdlərə verilmiş, onlar “Ana dilim” mövzusunda maraqlı təqdimatlar irəli sürmüşlər.Tədbir şagirdlərin ifasında Emin Sabitoğlunun “Şirin dil” mahnısı ilə yekunlaşmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi