Məktəbdə kimya fənni üzrə açıq dərs keçirilib

18.02.2016-cı il tarixində Bakı şəhəri T.Məmmədov adına 239 №-li tam orta məktəbin 8A sinfində Kimya fənnindən “İon rabitəsi “ mövzusunda açıq dərs keçirilmişdir. Dərs kimya fənn proqramı (kurikulumu) əsasında alt standartlar, fizika, biologiya fənlərinə inteqrasiya ilə reallaşmışdır. Dərs prosesində “Promethean Active Boards” elektron lövhəsindən istifadə edilmişdir.Dərsdə duzların həll olmasına aid təcrübələr nümayiş edilmiş, əyani vəsait kimi duzların kristal qəfəs modellərindən istifadə edilmişdir. İon və kovalent polyar rabitələr arasında olan oxşar və fərqli cəhətlər göstərilmişdir.Qruplarla iş formasında keçirilən dərsin sonunda qruplar məlum meyarlar üzrə qiymətləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi