“20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" rəsm müsabiqəsi

   20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar məktəbdə rəsm müsabiqəsi keçirilmişdir. Məktəb üzrə qalib-7 “Ç” sinif şagirdi Həsənova Səmayə Səbail rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi müsabiqədə də Səbail məktəblərinin şagirdləri arasında I yer tutmuşdur.

    Şagirdimizin rəsm işi Bakı şəhər orta ümümtəhsil müəssisələrinin şagirdləri arasında “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda keçirilən rəsm müsabiqəsində də fərqləndiyinə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  DİPLOM və ŞƏHADƏTNAMƏ ilə təltif edilmişdir.

   Eyni zamanda, məktəbimizin foyesində şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi