Vətənpərvərliq tərbiyəsi

Yanvar ayının 15-də “Tədbirlər Planı”na uyğun olaraq şagirdlərin hərbi vətənpərvərlik ruhda tərbiyəsi mövzusunda məktəbin hərbi müəllimi Nizaməddin Məsmalıyev tərəfindən Açıq dərs keçirilmişdir. Açıq dərsdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin əməkdaşları, Səfərbərliyə Hazırlıq və Səfərbərlik şöbəsinin baş zabiti mayor Mahir Allahverdiyev və Həqiqi Hərbi Xidmətə Çağırış şöbəsinin zabiti leytenant Sənan Sədiyev iştirak etmişlər. Dərsin davamı olaraq qonaqlar məktəbdə yaradılan "Mini kazarma" ilə tanış olmuşlar.
Tədbir məktəbin “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında davam etmişdir. Məktəbin yuxarı sinif şagirdləri ilə vətənpərvərlik mövzusunda geniş söhbətlər aparılmış, eyni zamanda, 20 Yanvar faciəsinin 29-cu ildönümü anılmış və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.