Məktəbdə biologiya fənni üzrə açıq dərs keçirilib
09.02.2016-ci il tarixində Bakı şəhəri T.Məmmədov adına 239 №-li tam orta məktəbin 8B sinfində Biologiya fənnindən “Ağız boşluğunda həzm” mövzusunda açıq dərs keçirilmişdir. Dərs biologiya fənn proqramı (kurikulumu) əsasında alt standartlar (2.1.1, 2.1.3, 3.2.1), kimya fənninə inteqrasiya (2.1.1) ilə reallaşmışdır. Dərs prosesində şagirdlər “Promethean Active Boards” elektron lövhəsindən istifadə etməklə mövzu ilə bağlı təqdimatlar irəli sürmüş, web-2, web-3 alətlərindən istifadə etməklə isə, hazırlanmış test tapşırıqlarını yerinə yetirmişlər. Dərsdə interaktiv oyunlara da yer verilmişdir. Açıq dərs məktəb rəhbərliyi və fənn metodbirləşmə üzvləri tərəfindən dinlənilərək təhlil edilmişdir.