Heydər Əliyev dühası

  Dekabr ayının 10-da məktəbimizdə “Heydər Əliyev Dühası” mövzusunda “Dəyirmi masa” keçirilmişdir. Tədbiri məktəbin direktoru S.Q.Əzimova açıq elan etmiş, Dövlət Himni səslənmişdir.

  Badamdar Bələdiyyəsi, Badamdar qəsəbəsi üzrə icra nümayəndəliyinin rəhbərlik və üzvlərinin iştirakı ilə keçirilən tədbir məktəbin “Heydər Əliyev və tarixi həqiqətlər lektoriyası”nda təşkil edilmişdir.

  Ulu Öndərin həyat və fəaliyyəti, onun zəngin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə keçirilən anım tədbirində mövzu ilə bağlı videolentlər, slaydlar nümayiş etdirilmiş, şeirlər söylənmiş, məktəbin tarix müəllimi R.Novruzovanın geniş məruzəsi dinlənilmişdir.

  Badamdar Bələdiyyəsinin sədr müavini Fəxrəddin Quliyev çıxış edərək tədbiri yüksək qiymətləndirmişdir.

  Ulu Öndərin əziz xatirəsi tədbir iştirakçılarının sürəkli alqışları ilə yad edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi