Şəkərli diabetlə mübarizə
“2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş şəkərli diabetlə mübarizəyə dair maarifləndirmə bölməsinə uyğun olaraq məktəbin “Tədbirlər Planı” hazırlanaraq təsdiq edilmişdir.Tədbirlər planına uyğun müntəzəm olaraq 14 noyabr-Beynalxalq diabet günü münasibəti ilə sinif təşkilat saatlarında diabet xəstəliyi, infeksion və digər xəstəliklər haqqında ümumi söhbətlər aparılmış və eyni zamanda talassemiya və 1 dekabr-Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbirlərdə də şəkərli diabet xəstəliyi barədə şagirdlərə məlumatlar verilmişdir.
Dekabr ayının 6 –sında isə məktəbdə “Şəkərli Diabetlə Mübarizə” mövzusunda geniş tədbir keçirilmişdir.Tədbir məktəbin biologiya müəllimləri, 34 saylı Şəhər Poliklinikası və məktəbin tibb işçiləri ilə birlikdə həyata keçirilmişdir.Tədbirdə mövzu ilə bağlı videolentlər və slaydların nümayişinə xüsusi yer verilmişdir.Məktəbin müəllim və tibb işçiləri aşağıdakı mövzularla bağlı şagirdlərə ətraflı məlumat vermişlər:
Şəkərli diabet nədir, necə yaranır, əlamətləri;
Uşaq və yeniyetmələrdə diabet xəstəliyi;
Diabet xəsdəliyinin diaqnostik meyarları, yaş və gender;
Xəstəliyin risk amilləri;
Şəkərli diabet - qida məhsulları;
Ümumiləşdirmə və tövsiyələr.
Tədbirdə eyni zamanda Dövlətimiz tərəfindən məhz uşaqlar və yeniyetmələrdə diabet xəstəliyinə qarşı mübarizəyə xüsusi diqqət yetirildiyi vurğulanmışdır.