Xalq Heydər söyləyəcək
Ulu Öndər Heydər Əliyevin 12 dekabr anım günü ilə bağlı məktəbin “Xalq Heydər söyləyəcək” adlı “Tədbirlər Planı” hazırlanaraq təsdiq edilmişdir.
Planda mövzu ilə bağlı ekskursiyalar da nəzərdə tutulmuşdur. Dekabr ayının 4-də məktəbimizin bir qrup müəllim və şagirdlərinin “Heydər Əliyev Mərkəzi” nə ekskursiyası təşkil olunmuşdur.
Şagirdlərimiz ekskursiya zamanı “Heydər Əliyev Muzeyi”ndə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat almış, eləcə də nümayiş etdirilən müxtəlif sərgilərlə tanış olmuşlar. Həmçinin şagirdlərin Ümummilli Lider Heydər Əliyevin müxtəlif illərdə istifadə etdiyi avtomobillərlə tanışlığı onların xüsusi marağına səbəb olmuşdur.
Ekskursiyanın əsas məqsədi Heydər Əliyev irsinin öyrənilməsi, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanda mədəni, elmi-texniki tərəqqi barədə biliklərin artırılmasından ibarət olmuşdur.