QİÇSƏ qarşı beynəlxalq mübarizə günü
Dünyanı bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı ilə “1 dekabr QİÇSƏ qarşı Beynəlxalq Mübarizə Günü” elan edilmişdir.
Noyabr ayının 30-da məktəbin ayrı-ayrı siniflərində “1Dekabr QİÇSƏ Qarşı Beynəlxalq Mübarizə Günü” nə həsr olunmuş maarifləndirici tədbirlər keçirilmişdir. Məktəbin biologiya müəllimi Reyhan Ağayevanın 8 “Ç”sinfində keçirdiyi “QİÇS-qazanılmış immunçatışmazlığı sindromu deməkdir” mövzusunda olan tədbir şagirlər tərəfindən böyük maraqla qarşılanmışdır.