Sağlam həyat tərzi- zərərli vərdişlərdən uzaq olun !

04.02.2016-cı il tarixində Bakı şəhəri T.Məmmədov adına 239№-li tam orta məktəbdə sağlam həyat tərzinə həsr olunmuş “Sağlam həyat tərzi – zərərli vərdişlərdən uzaq olun” adlı tədbir keçirilmişdir.Tədbiri məktəbin psixoloqu Qurbanova Suğra açaraq zərərli vərdişlər haqqında tədbir iştirakçilarına məlumat verdi.Daha sonra şagirdlər narkotik vasitələr- alkoqol və siqaretin zərərləri haqqında söhbət açdılar.Narkotik vasitələrin zərərlərinə aid video çarxlar, slaydlar nümayiş etdirildi.IX sinif şagirdləri “Məsuliyyətsiz ailə” adlı səhnəciyi nümayiş etdirdilər.Tədbirdə məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək bildirdi ki, təəssüf ki, real həyatımızda da bu səhnələrlə tez-tez rastlaşırıq və nəticəsi ilə bu gün bir daha tanış oldunuz.Sədaqət Əzimova bu problemlərin aradan qaldırılmasında ailələrin həlledici rol oynadığını bildirdi.Eyni zamanda şagirdlərin internet,telefonlardan daha səmərəli işlər üçün istifadə etmələrini tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi