2 Fevral Gənclər Günüdür

02.02.2016 – cı il tarixində T.Məmmədov adına 239№-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin və məktəb rəhbərliyinin iştirakı ilə 2 fevral Gənclər günü yüksək səviyyədə qeyd edilmişdir. Tədbir günün ikinci yarısında yeniyetmələrimizin, məzunlarımızın iştirakı ilə Badamdar Mədəniyyət evində musiqi nömrələri,səhnəciklərin nümayişi ilə davam etdirilmişdir.Məktəbin gənc müəllimi,Badamdar bələdiyyəsinin üzvü Xədicə Həsənova qəsəbə bələdiyyəsinin gündəlik fəaliyyətində və qəsəbənin ictimai işlərində fəal iştirakına görə,Fəxri Diploma layiq görülmüşdür.