Məktəbimiz ağacəkmə aksiyasına qoşuldu

   “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında paytaxtdakı ümumi təhsil məktəbləri arasında keçirilən tədbirə məktəbimiz də qoşulmuşdur.

Tədbir Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 17-də həyata keçirilmişdir.

Ağacəkmə aksiyasına məktəbin müəllimləri, texniki işçilərİ və şagirdləri ilə yanaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da qoşulmuşlar. Tədbir zamanı məktəbin həyətində 40-a yaxın ağac əkilmiş, 100-ə yaxın ağaca qulluq edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi