Azərbaycan Respublikasının Konstitusiya günü
Noyabr ayının 12 –də məktəbin “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında “Azərbaycan Respublikasının Konstitusiya günü” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmiş hazırki Konstitusiya haqqında geniş məlumat verilmiş və bildirilmişdir ki, bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyadır. Tədbirdə eyni zamanda Azərbaycan dövlətinin hal-hazırda mövcud olan Konstitusiyasına qədər digər Konstitusiyalar haqqında da geniş məlumat verilmişdir. Məktəbin yuxarı sinif şagirdləri mövzu ilə bağlı öz referat və təqdimatlarını irəli sürmüşdülər.