Narkomaniya və zərərli vərdişlərə yox deyək
Noyabr ayının 8 –də məktəbdə “NARKOMANİYA VƏ ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK” mövzusunda tədbir keçirilmişdir.Səbail Rayon Polis İdarəsinin təşəbbüsü ilə təşkil edilmiş tədbiri məktəbin direktoru S.Q.Əzimova açıq elan etmiş, Dövlət Himni səslənmişdir.
Tədbirdə Səbail Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə işi üzrə köməkçisi polkovnik-leytenant Emil Cavadov, Səbail Rayon Polis İdarəsinin YYÇPİ üzrə bölmənin rəisi mayor Ədalət Ağayev, həmin bölmənin İnspektoru Ağabəşir Ağayev , Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Aydınov və “Həzrət Məhəmməd məscidi” dini icmasının axundu Hacı Sadiq Əsgərov iştirak etmişlər.Qonaqlar şagirdlərə mövzu ilə əlaqədar geniş məlumat vermiş, şagirdlərin suallarını ətraflı cavablandırmışlar.Tədbirdə şagirdlər arasında tütün və tütün məmulatlarından istifadə hallarının qarşısının alınması məsələsinə də xüsusi diqqət yetirilmişdir. Tədbir məktəbdə fəaliyyət gösdərən dərnək üzvləri tərəfindən hazırlanan “Bəla” səhnəciyinin təqdimatı ilə başa çatmışdır.Tədbirdə mövzu ilə bağlı slaydlar, videoçarxlar da nümayiş etdirilmişdir.