Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəminidir
Noyabr ayının 1-də Bakı Şəhəri Məşğulluq İdarəsi və Səbail Rayon Məşğulluq Mərkəzinin əməkdaşları ilə məktəbin 7-8-9 –cu sinif şagirdlərinin görüşü olmuşdur.
Tədbir “Düşünülmüş Peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusuna həsr edilmişdir.
Tədbirdə Səbail Rayon Məşğulluq Mərkəzinin direktor müavini Elburus Allahverdiyev, Bakı Şəhər Məşğulluq İdarəsinin aparıcı məslətçisi Rəşad Muradov, Səbail Rayon Məşğulluq Mərkəzinin məsləhətçisi Türkan Cümşüdova , məktəb rəhbərliyi və valideynlər iştirak etmişlər.
Tədbiri məktəbin direktoru S.Q. Əzimova açmış və sözü təlimatçı Sevinc Məmmədovaya vermişdir.
Şagirdlərin yüksək fəallığı tədbiri daha da marağlı etmişdir.