Müstəqil Azərbaycan
Oktyabr ayının 17 -də məktəbimizin “Heydər Əliyev və tarixi həqiqətlər lektoriyası” nda Dövlət Müstəqillik Gününə həsr olunmuş “Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər bir daha nəzərə çatdırmışlar ki, tarixi faktlar müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətin olduğunu sübut edir. Bildiyimiz kimi Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmiş, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır.
Tədbirdə “Müstəqil Azərbaycan” mövzusunda rəsm sərgisi, inşa yazı nümunələri nümayiş etdirilmişdir.Məktəbin “Xor” kollektivinin üzvləri vətənpərvərlik mövzusunda mahnılarla çıxış etmişlər.