Beynəlxalq təhsil sərgisi

Oktyabr ayının 11-də məktəb rəhbərliyi bir qrup şagird, müəllim və valideynlərlə birlikdə Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etmişlər.
Şagirdlərimiz sərgidə iştirak edən Azərbaycanın təhsil müəssisələri ilə yanaşı müxtəlif xarici ölkələrin ali təhsil, orta ixtisas təhsili və ixtisasartırma müəssisələrinin təqdimatlarını da maraqla izləmişlər. Daha sonra tədbirin gündəliyində olan ayrı-ayrı mühazirələrdə, ixtisas seçimi ilə bağlı seminarda iştirak etmişlər.
Müəllim və şagirdlərimiz təhsil üçün böyük əhəmiyyətə malik olan sərgidən xoş təəssüratla ayrılmışlar.