Dünyada sülh olanda

Sentyabr ayının 21-də Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilmişdir.

   21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür.

  Bu günün əsas məqsədlərindən biri insanları sülhə cəlb etməkdir.  Bu səbəbdən yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.

   Bununla əlaqədar məktəbimizdə  “Beynəlxalq Sülh Günü” ilə bağlı “Tədbirlər planı” hazırlanmış və təsdiq edilmişdir. “Tədbirlər planı"-nda nəzərdə tutulmuş rəsm , şeir , esse və inşa yazı müsabiqələri təşkil olunmuş, şagirdlərə Sülh və İnsan Hüquqlarını təbliğ edən slaydlar və videoçarxlar nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi