"İçərişəhər" Dövlət tarix-memarlıq qoruğuna ekskursiya
Sentyabr ayının 18-də Təhsil Nazirliyi ilə Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri T. Məmmədov adına 239 nömrəli tam orta məktəbin 12 yaşdan yuxarı 60 şagirdi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna təşkil olunmuş ekskursiyada iştirak etmişdir.
Ekskursiya, şagirdlərimizdə milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, şagirdlərə tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında dolğun məlumat verilməsi məqsədini güdürdü.
Şagirdlərimiz ekskursiyadan xoş təəsüratla qayıtmışlar.