Bilik Günü

BİLİK GÜNÜ
Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə "BİLİK GÜNÜ" ilə bağlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlamış, Dövlət Bayrağı meydana daxil olmuşdur.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət xanım Əzimova tədbir iştirakçılarını salamlamış, ötən ilin yekunlarından, yeni tədris ilində qarşıda duran vəzifələrdən və məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs etmişdir.
Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qabil Vahidov, Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Solmaz Ələkbərova, Badamdar qəsəbə Bələdiyyəsinin sədri Həbib Əsədov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının üzvü Altay Babaşov yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Hər il olduğu kimi bu il də Badamdar qəsəbə Bələdiyyəsinin sədri Həbib Əsədov qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş məzunlarımıza “Fəxri Fərman” və pul mükafatı təqdim etmişdir
Sonra məktəblilərin və məzunların iştirakı ilə konsert proqramı nümayiş etdirilmiş və tədbir “İlk Zəng” sədası ilə başa çatmışdır.