MUZEYLƏRƏ EKSKURSİYA

Məktəbin müxtəlif sinif şagirdlərinin asudə vaxtının təşkili məqsədilə Xalq Təhsil Muzeyinə ,Azərbaycan İstiqlal Muzeyinə və Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiyaları təşkil olunmuşdur.
Xalq Təhsil Muzeyində şagirdlər muzeyin tarixi, muzeydə olan eksponatlar, təhsilimizin inkişafında müstəsna əməyi olan tarixi şəxsiyyətlər və qədim yazı nümunələri haqqında geniş məlumat almışlar.
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində isə şagirdlər açıq səma altında yerləşən abidələrimizlə tanış olmuş, eyni zamanda qədim tariximizi əks etdirən məişət və bəzək əşyaları, silah və sikkələr və s. eksponatlar haqqında məlumat almışlar.
Azərbaycan İstiqlal Muzeyində şagirdlərimiz rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, pul əskinazları və Azərbaycan Xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatlarla tanış olmuş və muzeyin xatirə kitabına öz ürək sözlərini yazmışlar.