İNSAN HÜQUQLARI GÜNÜ

Cənab Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycanda 18 iyun “İnsan Hüquqları Günü” elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə may ayının 18-dən iyun ayının 18-nə kimi Respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilmişdir.
Məktəbimizdə aylıq çərçivəsində insan hüqüqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən “Hüquqlarımızı tanıyaq və qoruyaq” adlı inşa və rəsm müsabiqəsi təşkil olunmuşdur.
Şagirdlərin rəsm işləri nümayiş etdirilmiş, mövzu ilə bağlı “Dəyirmi masa” təşkil olunmuşdur. Tədbirdə şagirdlər hazırladıqları təqdimatları irəli sürmüşlər. Sonra isə videoçarx və slaydların nümayişi təşkil edilmişdir.
Aylıq çərçivəsində sinif təşkilat saatları da “İnsan Hüquqları Günü” nə həsr edilmişdir.