1 İYUN-UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

Məktəbdə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlərə bu gün müstəqil Azərbaycanın uşaqlarına dövlətimiz tərəfindən göstərilən qayğı və diqqətlə bağlı geniş məlumat verilmişdir . Deyilənlərə bariz nümunə olaraq onlar üçün məktəbimizdə yaradılmış şərait misal gətirilmişdir. Mövzu ilə bağlı müxtəlif siniflərdə şənliklər təşkil edilmişdir.
Məktəbin I- VI sinif şagirdləri Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən park ərazisində “Uşaq Festivalı”nda fəal iştirak etmiş, səmərəli vaxt keçirmişlər.