SAĞLAM TƏHSİL-SAĞLAM MİLLƏT

 May ayının 22-də məktəbimizdə  “Sağlam Təhsil- Sağlam Millət” layihəsi çərçivəsində  “Sağlam  Təhsil” siniflərinin şagirdləri və müəllimlərinin iştirakı ilə “Bayrağımıızı əməllərdə yaşadaq!” tədbiri keçirilmişdir. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq  sözü  “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin sosioloji bloku və “İnnovativ təşəbbüslər” İctimai Birliyinin sədri Əşrəf Əhmədova vermişdir.  

 Tədbirdə  mövzu ilə bağlı sosial çarxlar nümayiş edilmiş, çıxışlar və şeirlər dinlənilmişdir.

  Şagirdlər üçrəngli bayrağımız haqqında böyük həvəslə bildiklərini söyləmiş və “Bayrağa Sədaqət Andı”nı içmişlər.  Vətənpərvərlik hissinin düzgün formalaşması məqsədi ilə uşaqlarla söhbət aparılmış və onlara tapşırıqlar verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi