ŞAGİRD NAİLİYYƏTLƏRİ

Məktəbin 7B sinif şagirdi Nihad Bəkirli Qərbi Kaspi Universiteti tərəfindən təşkil olunan Azərbaycan Demokratik  Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş “ADR-100 məktəblilərarası  LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadasında fəal  iştirakına görə SERTİFİKATLA təltif  olunmuşdur.

 İdmançılarımız 7A sinif şagirdi Seyidli İbrahim Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Kyokuşin Karate üzrə Bakı şəhər açıq turnirində I yeri,  9Ç sinif şagirdi Kənan Seyidli isə III yeri tutduğuna görə Medal və Diplomla təltif olunmuşlar.

    Məktəbin 8A sinif şagirdi Mikayılova Zəhra  Bakı şəhər məktəbliləri arasında keçirilən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) “Ailə dəyərlərinin inkişafına dəstək” proqramı daxilində “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirdiyi “Ailəmiz-güvən yerimiz” adlı ən yaxşı mühazirə müsabiqəsində fərqləndiyinə görə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi