AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ-100

May ayının 23-də məktəbimizin “ Heydər Əliyev və Tarixi Həqiqətlər” lektoriyasında “Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda geniş tədbir keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bu tədbir məktəbin “Tədbirlər Planı”na uyğun həyata keçirilmişdir. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq mövzu ilə bağlı keçirilən silsilə tədbirlər haqqında geniş məlumat vermiş və qeyd etmişdir ki, məktəbin tədbirlər planı bütövlükdə yerinə yetirilmişdir. O, fləşmobdan istifadə edərək ibtidai sinif şagirdləri tərəfindən həyata keçirilən “AXC-100” təqdimatını xüsusi qeyd etmişdir. Səbail Rayon İcra Hakimiyyətinin, “ Azərbaycan Müəllimi” qəzetinin əməkdaşları, Badandar Bələdiyyəsinin rəhbərliyi, valideynlər və qəsəbə nümayəndəliyinin iştirakı iə təşkil olunmuş tədbirdə məktəbin iki şagirdi: XI sinif şagirdi Aynur Cəfərova, IX sinif şagirdi Nigar Mirzəliyeva Badamdar Bələdiyyəsi tərəfindən keçirilən inşa yazı müsabiqəsində yüksək nəticə əldə etdiklərinə görə “ Fəxri Fərman” və pul mükafatı ilə təltif olunmuşlar.