HEYDƏR ƏLİYEV 95- ŞAGİRD NAİLİYYƏTLƏRİ

Məktəbimizin şagirdləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95illiyinə həsr olunmuş tədbirlərdə iştirak edərək yüksək nailiyyətlər qazanmışlar. Məktəbin 9A sinif şagirdi Elmira Hüseynova Cüdo idman növü üzrə açıq Respublika turnirində II yeri, 8C sinif şagirdi Sadiq Həsənli Cüdo üzrə VI Zirvə oyunlarında II yeri, 9C sinif şagirdi Rafiq Vəliyev isə Cüdo üzrə VI Zirvə Oyunlarında III yeri tutaraq DIPLOM və MEDALLARLA təltif olunmuşlar.
Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş AFFA-nın təşkil etdiyi mini futbol yarışında, oğlanlardan ibarət komandamız, II yerin qalibi olmuşdur.
Səbail Rayon Gənclər və İdman İdarəsinin Səbail rayon məktəbliləri arasında təşkil etdiyi “Ulu Öndər Heydər Əliyevi düşünərkən” mövzusunda keçirilən inşa yazı müsabiqəsində məktəbin 10A sinif şagirdi Solmaz Əmirova II yeri tutduğuna görə Diplomla təltif olunmuşdur.
Məktəbin 2B sinif şagirdi Cəlilov Kərim Beynəlxalq İncəsənət Olimpiadasında uğurla çıxış edərək “ Aşıq “ janrı üzrə II yerin qalibi olmuşdur.