BİRİNCİLƏRİN BİRİNCİSİ
Respublika fənn olimpiadasında coğrafiya fənni üzrə Birincilərin Birincisi olmuş Zahir Məmmədzadə məktəbimizin 10-cu sinfində təhsil alır. Zahirin arzusu Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirməkdir.
Məktəbdə şagirdin əldə etdiyi nailiyyətilə bağlı kollektivin və İqtisad Universitetinin professorlarının iştirakı ilə geniş tədbir keçirilmişdir. Tədbir iştirakçıları Zahir Məmmədzadəyə gələcəkdə də yüksək nailiyyətlər əldə etməyi arzu etmişlər.