27 APREL- MÜLKİ MÜDAFİƏ GÜNÜ
Aprelin 27-də Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilmişdir.
Mülki müdafiə gününün keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik,vətənə məhəbbət hissini aşılamaq,xalqımızın qəhrəmanlıq ənənələrini davam etdirmək, o cümlədən, şagirdlərdə özünəinam,təşəbbüskarlıq,igidlik,dözümlülük kimi insani keyfiyyətləri aşılamaqdır.
Tədbirdə fövqəladə hadisələr zamanı xilas etmə işləri,yanğınsöndürmə,ilk tibbi yardım göstərilməsi praktik olaraq nümayiş etdirilmiş, mövzu ilə bağlı plakatlar,ədəbiyyatlar və Mülki Müdafiə əmlaklarının sərgisi təşkil edilmiş ,lazımı təbliğat və izahat işləri aparılmışdır. 2-ci, 5-ci və 6-cı siniflərdə Mülki Müdafiə üzrə “Açıq dərs” lər keçirilmişdir.
Bütövlükdə tədbir mütəşəkkil şəkildə həyata keçirilmişdir. Bu aktual mövzu üzrə keçirilən tədbir kollektivin maarifləndirilməsinə xidmət etmışdir.
Məktəbin “Təxliyə planı” na uyğun olaraq bütün kollektivin təxliyəsi təşkil edilmişdir.