HARDA ƏCDADIMIN AYAQ İZİ VAR, BU ZƏFƏR BAYRAĞIM ORDA DİKƏLSİN

     Aprel ayının 5-də məktəbdə möhtəşəm Aprel döyüşlərinə həsr edilmiş “Harda əcdadımın ayaq izi var,bu zəfər bayrağım orda dikəlsin” adlı təntənəli tədbir keçirilmişdir.

      Tədbirdə “n”saylı hərbi hissənin əsgər və rəhbər heyəti,Səbail rayonu İcra Hakimiyyəti, Badamdar Bələdiyyəsinin rəhbərliyi, Aprel döyüşlərinin iştirakçısı və Badamdar ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

     Tədbirin I hissəsi məktəbdə fəaliyyət göstərən “Heydər Əliyev və tarixi həqiqətlər”lektoriyasında təşkil olunmuşdur.Himn çalınmış, bir anlıq sükutla Şəhidlərin xatirəsi anılmışdır.Dövlət bayraqlarımızın əhatəsində Aprel döyüşlərindən video lentlər nümayiş olunmuşdur.Tədbirin II hissəsi məktəbin akt zalında davam etdirilmişdir. Şagirdlərin ifasında Aprel döyüşləri ilə bağlı ədəbi bədii kompozisiya, şeirlər təqdim edilmiş, “Xor”dərnəyinin ifasında mahnılar səslənmişdir. Tədbirdə iştirak edən qonaqlar  Aprel döyüşləri barədə bildikləri və canlı şahid olduqları hadisələr haqqında məlumatları şagirdlərə söyləmişlər. Aprel döyüşlərinin iştirakçısı Vəli Əsədovu tədbir iştirakçıları alqışlarla qarşılamışlar. Sonda Badamdar qəsəbəsində yerləşən “Heydər Əliyev” parkına bayraq yürüşü təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi