Azərbaycan və Tolerantlıq

Bakı şəhəri T.Məmmədov adına 239№ li tam orta məktəbdə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015-ci il tarixli 263 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı” əsasən “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda şagirdlərə mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilmiş.Seminarın gedişi zamanı Ulu öndər Heydər Əliyevin “Azəraycan ən qədim zamanlardan dinlərin dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur” kəlamının insan qəlbinə işıq saçması, insanları həqiqətlə, düzlüklə üz-üzə qoyması, hikmət aləminə aparması haqqında fikirlər söylənildi.Eyni zamanda seminarda şagirdlərə Ümummilli liderimiz Heydər Əliyevin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Toleriantlıq haqqında fikirləri və statları şagirdlərə çatdırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi