RİYAZİYYAT FƏNNİNDƏN AÇIQ DƏRSLƏR

Mart ayında məktəbdə riyaziyyat fənnindən “Açıq dərs”- lər keçirilmişdir. 7 “C” sinfində “Xətti funksiya və onun qrafiki”, 11 “B” sinfində isə “Piramidanın həcmi” mövzusunda keçirilən açıq dərslər fənn metodbirləşməsi tərəfindən dinlənilmiş və geniş təhlil edilmişdir. Hər iki sinifdə mövzuların tədrisi zamanı fəal dərsin üsul və formalarından, İKT –dən geniş istifadə edilmiş, fənnlərarası inteqrasiyaya xüsusi diqqət yetirilmişdir.