Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır

Martın 28-də 1918-ci il Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, qaliblərin inşa yazıları məktəbdə nümayiş etdirilmişdir.
Eyni zamanda Azərbaycanlıların soyqırımı ilə əlaqədar məktəbin kitabxanasında bədii qiraət gecəsi təşkil olunmuşdur.Şagirdlər hazırladıqları təqdimatları oxumuş və mövzu ilə bağlı şeirlər söylənmiş, tədbir iştirakçılarına slaydlara baxış təşkil edilmişdir.