ÖLKƏMİZİ TANIYAQ

Məktəbimizin şagirdləri İlhamə Mehdizadə, Sitarə Qardaşxanova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan MR-da olmuş, eyni zamanda Culfa, Ordubad, Şahbuz rayonlarına da səyahət etmişlər. Şagirdlərimiz “Mömünə Xatun” türbəsi, “Əlincə qalası”, Yusif Məmmədəliyevin ev müzeyi və başqa tarixi, mədəni yerlərlə yaxından tanış olmuşlar. Şagirdlərimiz bu səyahət haqqında gözəl təəssüratlarını məktəbin müəllim və şagird kollektivi ilə bölüşmüşlər.