İNFORMATİKA FƏNNİNDƏN “KOMPÜTER VƏ İNFORMASİYA” MÖVZUSUNDA AÇIQ DƏRS
Fevral ayının 27-də İnformatika fənnindən məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə 3B sinfində “Kompüter və informasiya “ mövzusunda açıq dərs nümayiş olunmuşdur.Tədris prosesində şagirdlər kompüter qurğuları və onların informasiya prosesində roluna aid araşdırmalar apararaq krossvord tərtib etmişlər.Şagirdlər kompüterlə insanın iş prinsipini müqayisə edib ,əldə etdikləri nəticələri yaradıcı şəkildə kompüter qurğularına tətbiq etmişlər.