QAYIT, SƏN YENİDƏN ÖZÜNƏ QAYIT
Fevral ayının 23-də T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 26-cı il dönümünə həsr edilmiş “Qayıt,sən yenidən özünə qayıt!” mövzusunda geniş tədbir keçirilmişdir.Tədbirdə BŞTİ-nin,Səbail Rayon Veteranlar Şurasının, Badamdar Bələdiyyəsinin nümayəndələri, valideynlər iştirak etmişlər.Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açmış, Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir şagirdlərin ifasında Xocalı haqqında şeirlər ilə davam etmişdir. Məktəbdə fəaliyyət göstərən “Bizdə şeir də var, sənət də vardır” dərnək üzvlərinin ifasında “Xocalı harayı” adlı səhnəcik tədbir iştirakçılarına həyəcanlı anlar yaşatmışdır.Məktəbin “Xor” kollektivinin solisti Mehinin ifasında “ Cocuqların günahı nə?” mahnısı da tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmişdir. Bütün tədbir müddətində Xocalı faciəsini özündə əks etdirən videolentlər,filmlər nümayiş etdirilmişdir.Tədbirdə “Xor” kollektivinin ifasında “And içirik” mahnısı səslənərkən,şagirdlər hərbi geyimdə Azərbaycan bayraqları ilə zala daxil olmuşlar.
Həmin gün “Xocalı faciəsi” mövzusunda məktəbdə rəsm sərgisi nümayiş olunmuş, inşa yazı müsabiqəsinin nəticəsi açıqlanmışdır.
Tədbirdə iştirak edən qonaqlar sonda şagirdlərə öz minnətdarlıqlarını bildirmiş,onlarla tədbir haqqında öz təəssüratlarını bölüşmüşlər.