Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu
Fevral ayının 9-da məktəbimizdə Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar XI sinif şagirdlərinə “ Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu” mövzusunda dərs keçirilmişdir. Bu dərsdə 329№-li məktəbin XI sinif şagirdləri də iştirak etmişlər. Tədbiri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Sədaqət Əzimova açaraq Ulu Öndərin zəngin irsi, məktəbdə məhs bu irsin öyrənilməsinə xidmət edən “Heydər Əliyev və tarixi həqiqətlər“ lektoriyası haqqında məlumat vermişdir. Tədbiri məktəbin tarix müəllimi Rita Novruzova “ Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu” mövzusunda dərsi ilə davam etdirmişdir. Dərs prosesində mövzuya uyğun slayd, videolentlərdən geniş istifadə edilmiş, mövzu ətrafında suallar cavablandırılmışdır.