Layihələrin təqdimatı
Dekabr ayının 4- də “Pətək” İB Təhsil Nazirliyinin dəstəyi ilə məktəbimizdə “Sağlam qida – sağlam nəsil” layihəsi çərşivəsində “Sağlam davranış” mərhələsinin təqdimatını həyata keçirmişdir. Bununla bağlı layihə əməkdaşları tərəfindən şagirdlərə geniş məlumat verilmiş, layihənin məqsədi açıqlanmışdır.Belə ki, layihənin əsas məqsədi məktəblilərin sağlam gələcək nəslin nümayəndəsi olmaqla bərabər , hərtərəfli, düzgün inkişaf etmiş, sağlam davranışa malik bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaq, uşaqların vaxtlarının səmərəli axtarışlara yönəltmək, daha sağlam nəslin yetişməsinə nail olmaqdan ibarətdir.
Dekabr ayının 8 –də isə məktəbimizdə “Sağlam Təhsil – Sağlam Millət” layihəsi şərçivəsində Təhsil İnstutu tərəfindən 1-ci sinif şagirdlərinin sosial-iqtisadi vəziyyətlərini anlamaq məqsədi ilə valideynlər arasında anket sorğusu həyata keçirilmişdir.