Xalq Heydər söyləyəcək
Dekabr ayının 8-də məktəbimizdə “Xalq Heydər söyləyəcək” mövzusunda Ulu Öndərin anım gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru Əməkdar müəllim Sədaqət Əzimova açmış, “Xalq Heydər söyləyəcək” mövzusunda geniş çıxış etmişdir. Tədbirdə məktəbin tarix müəllimi Rita Novruzova, məktəbin şagirdləri Ulu Öndər haqqında maraqlı məlumatlar səsləndirmiş, şeirlər söyləmişlər.
Səbail Rayon YAP qadınlar Şurasının sədri Təranə Kərimovanın çıxışı böyük maraqla qarşılanmışdır. Bütün tədbir boyu ekranda Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videolentlər təqdim olunmuşdur.