Yarat Müasir İncəsənət Məkanı

Bu günlərdə Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Yarat Müasir İncəsənət Məkanına ekskursiya etmişlər. Müəllim və şagird kollektivinin mədəniyyət və incəsənət biliklərini daha da artırmaq və bu sahədə onların dünya görüşlərini genişləndirmək məqsədi daşıyan bu ekskursiyada fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq mühazirə və bir çox yaradıcı oyunlar keçirilmişdir. Məktəb rəhbərliyi tərəfindən Yarat Müasir İncəsənət mərkəzində təşkil olunan şəraitə görə təşkilatçılara minnətdarlıq bildirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi