NARKOMANİYA BƏŞƏRİYYƏTİN BƏLASIDIR

NARKOMANİYA BƏŞƏRİYYƏTİN BƏLASIDIR Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə 10.10.2017-ci il tarixində “NARKOMANİYA BƏŞƏRİYYƏTİN BƏLASIDIR” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sadiq Mədətov, Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə bölmə rəisi polis mayoru Ədalət Ağayev, Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev, Səbail Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Əli Muradov, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, İçərişəhər “Həzrət Məhəmməd məscidi”nin axundu Hacı Sadiq Əsgərov, Badamdar Bələdiyyəsinin üzvü və Səbail rayon Polis İdarəsinin digər əməkdaşları iştirak etmişlər. Tədbiri məktəbin direktoru Respublikanın “Əməkdar müəllim”i Sədaqət Əzimova açaraq tədbirin mahiyyəti haqqında geniş məlumat vermişdir. Tədbir Səbail Rayon Polis İdarəsi əməkdaşlarının çıxışları ilə davam etmişdir. Tədbirdə 150 dən artıq məktəbin yuxarı sinif şagirdləri və müəllimlər ilə mövzu ətrafında geniş diskussiya aparılmışdır. Tədbirin sonunda qonaqlar məktəbdə fəaliyyət gösdərən “HEYDƏR ƏLİYEV VƏ TARİXİ HƏQİQƏTLƏR” lektoriyası ilə tanış olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi