Beynəlxalq Sülh Günü
Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Beynəlxalq Sülh Günü” ilə bağlı “Tədbirlər planı” hazırlanmış və təsdiq edilmişdir. “Tədbirlər planı"-nda nəzərdə tutulmuş rəsm , şeir , inşa yazı müsabiqələri təşkil olunmuş şagirdlərə Sülh və İnsan Hüquqlarına həsr olunmuş slaydlar və videoçarxlar nümayiş etdirilmişdir. “Heydər Əliyev və Tarixi Həqiqətlər” lektoriyasında “Qoy həmişə sülh olsun!” mövzusunda “Dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da mövzu ilə bağlı şagirdlərin hazırladığı təqdimatlar irəli sürülmüş, şagirdlərlə geniş diskussiya təşkil edilmişdir.Sinif saatları da “Beynəlxalq Sülh Günü” mövzusuna həsr edilmişdir.